Marketinq, sosial media və kontent sahəsində təcrübəlisənsə, kreativ prosesləri idarə etməyi və ideyaları reallaşdırmağı sevirsənsə, komandamıza qoşula bilərsən.
Əsas vəzifələr:
Sosial media və marketinq fəaliyyətlərinin planlanması və idarə olunması
Kreativ ideya və kampaniyaların hazırlanması
Foto və video çəkilişlərin təşkili və çəkiliş prosesinin idarə olunması
Dizayner, fotoqraf, videoqraf və digər kreativ komanda üzvləri ilə işin koordinasiyası
Sosial media trendlərinin və rəqiblərin fəaliyyətinin izlənilməsi
Kontentlərin vaxtında hazırlanmasına və paylaşılmasına nəzarət
Marketinq kampaniyalarının nəticələrinin izlənilməsi və analiz edilməsi
Namizəddən gözləntilər:
Marketinq və sosial media sahəsində iş təcrübəsi
Kreativ düşüncə və güclü təşkilatçılıq bacarığı
Çəkiliş və kontent istehsalı proseslərini idarə etmək bacarığı
Sosial media platformaları və trendləri haqqında yaxşı bilik
Eyni anda bir neçə işi koordinasiya etmək bacarığı
Məsuliyyətli, operativ və detallara diqqətli olmaq
-İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00
- Əməkhaqqı: 850 AZN( +bonuslar )